Accessibility links

İran raketlərə qarşı ilk dağıdıcı gəmisini sınaqdan keçirib


İran raketlərə qarşı ilk dağıdıcı gəmisini sınaqdan keçirib
İran raketlərə qarşı ilk dağıdıcı gəmisini sınaqdan keçirib

<!-- IMAGE -->

Iranın dövlət televiziyasının bildirdiyinə görə, ölkədə istehsal olunan ilk raketlərə qarşı dağıdıcı gəmisini sınaqdan keçirilib. Bəyanatda deyilir ki, Camaran adlı hərbi gəmi bu gün, ali ruhani lider Ayətulla Əli Xameneyinin təşkil etdiyi mərasimdə nümayiş etdirilib. Dövlət televiziyası bu növ gəminin su və hava raketlərinin qarşısını almağa yönəldiyini deyib. Məlumatda eləcə də bildirilir ki, bundan müasir radar və kimyəvi silahlar daşıyan gəmilərə qarşı da istifadə edilə bilər. Xəbərdə daha çox gəmilərin istehsal edildiyi bildirlir.

Bu ayın əvvəlində də İranın dövlət televiziyası ölkənin yeni raketlər istehsal etməyə başladığını bildirmişdi. Tehran satelit daşınması üçün istifadə ediləcəyini deyərək, İranın daha bir raketi sınaqdan keçirdiyini bəyan etmişdi.

XS
SM
MD
LG