Accessibility links

ABŞ Mətbuatı: Rusiya və İranda demokratik mücadilə


ABŞ Mətbuatı: Rusiya və İranda demokratik mücadilə
ABŞ Mətbuatı: Rusiya və İranda demokratik mücadilə

<!-- IMAGE -->

Demokratik idarəçilik uğrunda mübarizə dünyanın Rusiya və İran kimi ölkələrində müxtəlif xarakter alıb. Bir qrup adamın hakimiyyəti qəsb etməklə və müxalifəti susdurmaqla xalqa öz iradəsini sırıması müasir informasiya erasında getdikcə çətinləşir. Üstəlik bu növ rejimlər adətən daxili parçalanmalarla üzləşir.

Washington Post
qəzetinin bu günkü sayında Karnegi Fondunun Moskva bölməsinin təmsilçisi Maşa Lipman Kremlin siyasətində məhz belə çatların əmələ gəlməsindən yazır. Lipmanın yazdığına görə küçə nümayişləri Rusiyada nadir fenomen deyil, lakin onlar adətən kiçik sahələrə məhdudlaşaraq sosial-iqtisadi problemləri əhatə edir. Son zamanlar isə nümayişlər sayına və siyasi mahiyyətinə görə fərqlənməyə başlayıb. Maşa Lipmanın qənaətinə görə Yanvarın sonunda Rusiya standardları ilə Kalininqradda keçirilən iri nümayiş Kremlin mərkəzləşdirilmiş qüvvəsinin zəifləməsinə işarə edir. Nümayişlərin iqtisadi səbəblərdən qaynaqlanmasına baxmayaraq etirazçılar əllərində Putinin və qubernator Georgi Busun istefasına çağıran şüarlar tutmuşdular. Rusiyanın ən qərb nöqtəsində yerləşən Kalininqrad daim özünün nisbətən azad ruhuna görə seçilib. Burada sərhəd ticarəti aktivdir, bir çox sakinlər Moskvadan daha çox, Polşa və Almaniyaya səyahət edirlər. Kreml ötən ilin sonunda maşınların idxalına qoyulan vergini kəskin artırdıqdan sonra nəhayət kalininqradlıların səbr kasası daşdı. Dekabrdan bəri vüsət alan nümayişlərin sayı və həcmi artmaqdadır. Və artıq bu nümayişlərə müxalifət liderlərindən olan Boris Nemtsov da cəlb olunub. Fərqli element isə odur ki, polis bu nümayişlərə müdaxilə etməyib. Bu yaxınlarda oxşar nümayişlər Baykal Gölünə sənaye tullantılarının atılmasına etiraz edən İrkutsk əhlində də qeydə alınıb. Kreml hər vəchlə kütləvi informasiya vasitələrinə nəzarəti əldə saxlamaqla bu nümayişlərin əhalidən gizli saxlanmasına çalışır. Lakin Kremlin bütün problemlərə pul atdığı vaxtlar artıq bitib. Kalininqrad nümayişlərinin təşkilatçıları martda növbəti nümayiş keçirəcəklərini elan ediblər. Bu arada Rusiyanın cənub şərqi Samara şəhərində ötən həftə keçirilən nümayişdə Putin və yerli qubernatorun istefasına çağırışlar səsləndi.

New York Times qəzetində diqqəti İranda davam edən avtoritarizmə çəkən Roger Cohen İslamçı rejimlə mübarizə yollarını müzakirə edir. Onun sözlərinə görə ABŞ atıq bir müddətdir ki, İranla sanksiya dilində danışır. Əgər İranın hazırkı siyasəti davam edəcəksə onda əminliklə demək olar ki, qarşıdan gələn həftələrdə İrana qarşı növbəti sanksiyalar tətbiq olunacaq. Lakin müəllif bu növ sanksiyaların rejimə o qədər də ciddi zərbə vurmadığı qənaətindədir. Belə qadağalara hədəf olan şirkət Dubay və ya başqa məkanlarda şirkət açaraq öz fəaliyyətlərini davam etdirirlər. Şimali Koreyadan fərqli olaraq İranın iqtisadiyyatı mürəkkəbdir və onu asanlıqla zəiflətmək mümkün deyil. Roger Cohenin fikrincə sanskiyalar əvəzində ABŞ İrana senzuranın qarşısını alacaq texnologiyaların axışmasına şərait yaratmalıdır. Hazırda iran rəhbərliyiniin ən çox qorxduöu şey sanksiyalar yox, müxlaifət tərəfdarlarının təşkilatnması və növbəti tdbirləridir. Bu yaxınlarda iranl mühəndislər Haystack adlanan softveyr icad ediblər ki, bu, da hökumətin nəzarətindən yayınaraq internetə sərbəst çıxışı təmin edir. Roger Cohen hesab edir ki, bu növ proqramların İran xalqına çatdırılması İslamçı rejimlə mübarizədə qat-qat effektiv və Qərbin də maraqlarına xidmət etmiş olar.

XS
SM
MD
LG