Accessibility links

Nigerdə hərbi xunta hökuməti buraxdı


Nigerdə hərbi xunta hökuməti buraxdı
Nigerdə hərbi xunta hökuməti buraxdı

<!-- IMAGE -->

Nigerin yeni hərbi başçıları prezidenti dövlət çevrilişində devirdikdən bir gün sonra ölkə hökumətini buraxdıqlarını elan ediblər. Özünü Demokratiyanın Bərpası üçün Ali Şura adlandıran hərbi xunta rəhbərlərinin batalyon komandirir Salu Cibo olduğunu bildirir. Onlar hökumət idarəçiliyinin hələlik nazirliklərin rəhbərliyi tərəfindən həyata keçiriləcəyini bildiriblər. Dünən silahlı əsgərlər prezident sarayına hücum edərək kabionet nazirləri ilə iclas keçirən prezident Mamadu Tandcanı ələ keçirdilər. Prezidentin hara aparıldığı məlum deyil. Afrika Birliyi və Qərbi Afrika Dövlətlərinin İqtisadi İcması dövlət çevrilişini pisləyib.

XS
SM
MD
LG