<!-- IMAGE -->
Pekində rəsmilər president Barak
Obamanın Tibetin sürgündə olan lideri Dalay Lama ilə görüşünə etiraz bildirmək
üçün ABŞ-ın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə dəvət ediblər. Nazirlikdən
bildiriblər ki, nazirin müavini Cui Tiankai səfir Con Hantsmanı dəvət edərək
ona sərt etiraz notası verib. İki nobel selh mükafatı laureatı arasında
danışıqlardan bir neçə saat sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü bəyanat
açıqlayaraq, görüşün ABŞ-Çin münasibətlərinə mənfi təsir etdiyini bildirib. ABŞ
səfirliyinin sözçüsü isə deyib ki, Vaşinqton Çindən qəzəbli cavabı gözləyirdi.
Onun sözlərinə görə, səfir Hantsman nazir müavini Tiankaya bildirib ki, iki
ölkə arasında münasibətləri inkişaf etdirmək və əməkdaşlıq mərhələsinə daxil
olmaq vaxtıdır.