Accessibility links

Rusiya Kalininqradda raket yerləşdirilə bilməsilə bağlı yenidən hədə gəlir


Rusiya Kalininqradda raket yerləşdirilə bilməsilə bağlı yenidən hədə gəlir
Rusiya Kalininqradda raket yerləşdirilə bilməsilə bağlı yenidən hədə gəlir

<!-- IMAGE -->

Rusiyanın müdafiə naziri Anatoliy Serdyükov bildirib ki, Kreml Moskva təhlükəsizliyinə hədələrin mövcud olduğunu düşünsə, Kalininqrad regionunda taktiki raketlərin yerləşdirilməsi planına qayıda bilər.

O deyib ki, Avropadan yeni hədələr gəldiyi halda, Rusiya NATO üzvü olan Polşa ilə sərhəddə qısa mənzilli İskander raketlərini yerləşdirə bilər.

Sentyabr ayında Rusiya ABŞ prezidenti Barak Obamanın Avropada mübahisəli raket əleyhinə müdafiə planının yenidən nəzərdən keçirdiyini elan etməsindən sonra Kalininqradda qısa mənzilli raketlərin yerləşdirilməsi planlarınından imtina etmişdir.

Lakin Polşa və Rumıniya bu yaxınlarda ABŞ-ın Avropada raket əleyhinə müdafiə planının bir hissəsi kimi raket tutan qurğuları öz ərazisində yerləşdirilməsinə icazə veriblər.

Rusiya ABŞ-ın planının qəti əleyhinədir. Baş nazir Vladimir Putin bunun Briləşmiş Ştatlarla silahlara nəzarətə dair yeni müqavilənin əldə edilməsi üçün əsas maneə olduğunu bildirmişdir.

XS
SM
MD
LG