Accessibility links

Beynəlxalq diplomatlar Nigerə gəlib


Beynəlxalq diplomatlar Nigerə gəlib
Beynəlxalq diplomatlar Nigerə gəlib

<!-- IMAGE -->

Afrika Birliyi, Qərbi Afrika Dövlətlərinin İqtisadi İcması və BMT-ni təmsil edən diplomatlar konstitutsion idarəçiliyin bərpasını müzakirə etmək üçün Niger paytaxtına gəliblər. Niger prezidenti Mamadu Tandca cümə axşamı xunta tərəfindən devrilib. Beynəlxalq ictimaiyyət dövlət çevrilişini pisləyib. Lakin müəyyən ümid var ki, çevriliş cənab Tandcanın ötən il prezidentlik səlahiyyətlərini uzatması ilə yaratdığı siyasi böhranın həllində yardımçı olacaq. Xunta Nigeri demokratiya nümunəsinə çevriməyi vəd edib. Lakin hərbi idarəçilər seçkilərin vaxtını müəyyən etməmiş və hakimiyyətdə nə qədər qalacaqlarını açıqlamamışlar.

XS
SM
MD
LG