Accessibility links

Xocalı faciəsinin qurbanları anılıb


Xocalı faciəsinin qurbanları anılıb
Xocalı faciəsinin qurbanları anılıb
<!-- IMAGE -->

Azərbaycanda Xocalı faciəsinin 18-ci ildönümü qeyd edilib. Ölkə əhalisi, xaricdəki diplomatik missiyalar və diaspor təşkilatları faciə qurbanlarının xatirəsini yad edib. Prezident İlham Əliyev, dövlət rəhbərləri, hökumət üzvləri, deputatlar, ictimai-siyasi xadimlər, on minlərlə insan paytaxt Bakıda “Xocalı” abidəsini ziyarət edib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri keçmiş SSRİ Ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri və döyüş texnikasının fəal iştirakı ilə ermənilər tərəfindən işğal edilib. Xocalı şəhər İcra nümayəndəsi Yavər Əzimov “Amerikanın səsi” radiosuna bildirib ki, hazırda Xocalı sakinləri ölkənin 50-dən çox rayonunda sığınacaq tapıb. Onun sözlərinə görə, şəhərdə faciə zamanı 7 min azərbaycanlı yaşayırmış.
Azərbaycan Hərbi Prokurorluğunun məlumatına görə,
şəhərin işğalı zamanı 613 dinc sakin qətlə yetirilib, o cümlədən

<!-- IMAGE -->

106 qadın, 63 uşağın həyatına son qoyulub, 8 ailənin bütün üzvləri məhv edilib, 487 nəfər əlil olub. Hadisələr zamanı şəhərin 1275 sakini girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının, 26 uşağın taleyi hələ də məlum deyil.
Hərbi Prokurorluq bildirir ki, Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı cinayətlərdə təqsirli bilinən 38 nəfər barəsində beynəlxalq axtarış elan edilməsi üçün İnterpolun Milli Bürosuna müraciət edilib. “İstintaq zamanı şahid və zərərçəkmiş qismində 2213 nəfər dindirilib və 800-dən çox ekspertiza həyata keçirilib”.

XS
SM
MD
LG