Accessibility links

Çilidə zəlzələnin baş verdiyi bölgələrə əlavə hərbi qüvvə göndərilib


<!-- IMAGE -->

Çili hökuməti keçən həftənin şənbə günü 800 nəfərə yaxın insanın ölümü ilə nəticələnən güclü zəlzələnin baş veriyi bölgənin ərzaq və su ilə təmin olunması üçün oraya əlavə hərbi qüvvə göndərib. 8,8 bal gücündə zəlzələnin güclü dağıntılara səbəb olduğu Konsepsion şəhərinə dünün hərbi vertolyotlarla təchizat göndərilib. Rəsmilər eləcə də, zəlzələ nəticəsində ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün cəsədlərin idman zalında quraşdırlılmış morqda saxlanılmasına göstəriş vermişlər. Zəlzələ nəticəsində Konsepsion şəhərində azı 250 nəfərin itkin düşdüyü guman edilir.

Çilinin ikinci böyük şəhəri olan Konsepsion sakinlərinin qruplaşaraq, 18 saat qarətçilərin qarşısını aldıqları bildirilir.

XS
SM
MD
LG