Accessibility links

Almaniya məhkəməsi cihadçıları məhkum etdi


Almaniya məhkəməsi cihadçıları məhkum etdi
Almaniya məhkəməsi cihadçıları məhkum etdi

<!-- IMAGE -->

Almaniya məhkəməsi ölkədə Amerika hədəflərinə hücumlar planlaşdıran cihadçı qruplaşmanın dörd üzvünü məhkum edib. Düsseldorf məhkəməsinin hakimi 2 almanı və 2 türkü 12 ilədək azadlıqdan məhrum edib. Bu şəxslər 2007-ci ildə Ramsteyn Hərbi Hava Bazası da daxil olmaqla bir sıra ABŞ obyektlərinə qarşı hücum planlaşdırdıqlarını boyunlarına alıblar. Fritz Gelovits və Daniel Şnayder terror qrupunun üzvləri olmaqda ittiham edilərək 12 il həbs cəzası alıblar. Eyni ittihamla məhkum edilən Adem Yılmaz 11 il, terror təşkilatına dəstək verən Atilla Selek isə 5 il həbs cəzası alıb. Aylarla onları izlədikdən sonra ABŞ kəşfiyyat məlumatlarından istifadə edən Almaniya polisi bu adamları 2007-ci ilin payızında həbs etmişdi.

XS
SM
MD
LG