Accessibility links

Çilidə yeni yeraltı təkanlar qeydə alınıb


Çilidə yeni yeraltı təkanlar qeydə alınıb
Çilidə yeni yeraltı təkanlar qeydə alınıb

<!-- IMAGE -->

Çilidə bir həftə əvvəl 8.8 bal gücündə zəlzələnin baş verdiyi əraziyə yaxın bögədə bir çox yeraltı təkan qeydə alınıb. ABŞ Geologiya Mərkəzi bildirib ki, bugünkü təkanlar 6.6 bal gücündə, Konsepsion şəhərindən 41 kilometr aralıda olub. Ölənlər və yaralananlar barədə heç bir məlumat verilməyib. Dünən isə 6.3 bal gücündə zəlzələ sonrası təkan qeydə alınmışdı. Ölkədə keçən həftə dağıdıcı zəlzələ zamanı ölənlərin xatirəsinin anılması üçün dörd günlük matəm elan olunub. Zəlzələ zamanı ölənlərin sayının 802 olduğu deyilsə də, hökumət rəqəmləri nəzərdən keçirdiyini bildirib. Prezident Mişel Baçelet Çilinin yenidənqurma səylərinin 3-4 il davam edə biləcəyini deyib.

XS
SM
MD
LG