Accessibility links

İsrail və Suriya nüvə enerjisini inkişaf etdirmək istəyir


İsrail və Suriya nüvə enerjisini inkişaf etdirmək istəyir
İsrail və Suriya nüvə enerjisini inkişaf etdirmək istəyir

<!-- IMAGE -->

İsrail və Suriya nüvə enerjisi inkişaf etdirməyi nəzərdən keçirdiklərini bildirib.

Hər iki ölkə niyyətini mülki nüvə enerjisinə dair Parisdə keçirilən konfransda bu gün elan edib.

İsrailin İnfrastruktur naziri Uzi Landau deyib ki, İsraildə inşa ediləcək hər hansı nüvə elektrik stansiyasında beynəlxalq təhlükəsizlik qaydaları tətbiq ediləcək. O həmçinin bildirib ki, İsrail nüvə elektrik stansiyalarının inşası məsələsinə gəldikdə, ərəb qonşuları ilə əməkdaşlıq etmək istəyir.

Eyni konfransda Suriya da atom enerjisi inkişaf etdirmək istədiyini bəyan etmişdir. Suriyanın Xarici İşlər nazirinin mavini Feysəl Mekdad deyib ki, enerjiyə tələbatın artmasına görə Dəməşqin nüvə enerjisi də daxil olmaqla, alternativ enerji mənbələrini inkişaf etdirməyə ehtiyacı var.

XS
SM
MD
LG