Accessibility links

BP və Azərbaycan Neft Şirkəti 6 milyardlıq layihə imzalayıb


BP və Azərbaycan Neft Şirkəti 6 milyardlıq layihə imzalayıb
BP və Azərbaycan Neft Şirkəti 6 milyardlıq layihə imzalayıb

<!-- IMAGE -->

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Chirag Oil layihəsinin sanksiyalaşdırılması mərasimi keçirilib. Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP- Azerbaijan şirkətinin rəhbəri Rəşid Cavanşir imzalayıb.
Layihə Xəzərdə yerləşən Azəri-Çıraq-Günəşli yatağında yeni hasilat platformasının tikintisini nəzərdə tutur.
Cənab Abdullayev bildirib ki, layihənin həyata keçirilməsi üçün 6 milyard dollar investisiya qoyulacaq. Bunun üçün Azəri-Çıraq-Günəşlinin işlənməsi üzrə konsorsiumun bütün səhmdarlarının razılığı alınıb və Azərbaycan hökuməti işlərin başlanmasına icazə verib. “Azərbaycanın xarici neft şirkətləri ilə əməkdaşlığı tarixində ilk dəfə layihədəki bütün tikinti işləri Azərbaycanda həyata keçiriləcək. Bu, Azərbaycan vətəndaşları üçün 1800 iş yerinin yaradılması deməkdir”.
BP- Azerbaijan şirkətinin rəhbəri Rəşid Cavanşir deyib ki, layihə çərçivəsində bundan əvvəl Xəzərdə tətbiq edilməmiş yeni texnologiyalardan istifadə olunacaq. “Bu, Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində kontrakt sahəsindən əlavə olaraq 360 mln. barel neft çıxarmağa imkan verəcək. ”Chirag Oil -də layihəsi üzrə tikinti işləri bu ilin iyununda başlanacaq. 2012-ci ilin 4-cü rübünə qədər tikinti işlərinin başa çatdırılması, qazma və istismar işlərinin başlanması, 2013-cü ilin 4-cü rübünə isə neft hasilatına başlanması nəzərdə tutulub. Platformada maksimum hasilat səviyyəsində gündə 25 min ton neft çıxarılması nəzərdə tutulur”.
“Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrında imzalanıb. Layihə üzrə ilk neft 1997-ci ilin noyabrında çıxarılıb. Ümumilikdə müqavilə sahəsinin işlənməsinə başlandıqdan indiyədək 170 mln. ton neft çıxarılıb.
BP-Azerbaijan şirkətinin məlumatına görə, yataqda neft ehtiyatları 730 mln. ton, ARDNŞ-nin məlumatına görə isə 930 mln. ton təşkil edir. Gündə 1 mln. barrel səviyyəsində maksimum neft hasilatı dövrü 2014-2018-ci illərə təsadüf edəcək.
Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Amerikanın səsi radiosuna müsahibəsində yeni layihəni müsbət qarşılayıb. Onun fikrincə, yeni platforma Azərbaycan üçün çox faydalı kommersiya sənədidir.
Ekspertin dediyinə görə, bu platforma istismara verildiyi dövrdə, 2014-cü ildə, əsrin kontraktı çərçivəsində neft hasilatı pikə çatacaq və enmə başlayacaq. “Bu həmdə enmə dövründə bir növ gəlirlərin azalmasını kompensasiya edəcək”.
Cənab Şabanın fikrincə, yeni platformanın istismara verilməsi Xəzər neftinə yeni maraqlar da yaradacaq. O hesab edir ki, hazırkı iqtisadi böhran dövründə 6 milyard dollar investisiya yönəldilən layihə yeni ümidverici siqnallar verir.
Ekspert yeni platformadan çıxarılacaq neftin daşınması üçün yeni nəqliyyat infrastrukturuna ehtiyac olmadığını da diqqətə çatdırıb. “mövcud kəmərlər hasilat ediləcək neftin daşınması üçüm bəs edəcək”.
“Azəri-Çıraq-Günəşli”nin işlənməsi üzrə konsorsiumun səhmdarları BP (operator - 34,1367 faiz pay iştirakı), ChevronTexaco (10,2814 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), Statoil (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz), Devon Energy (5,6262 faiz), Itochu (3,9205 faiz), Delta Hess (2,7213 faiz) şirkətləridir.

XS
SM
MD
LG