Accessibility links

İraqda parlament seçkilərinin ilkin nəticələrinin bir hissəsi açıqlanıb


<!-- IMAGE -->

İraqda parlament seçkilərinin ilkin nəticələri Baş nazir Nuri Əl-Məlikinin koalisiyası və keçmiş Baş nazir İyad Ələvinin fraksiyası arasında az fərq olduğunu göstərir.

Nəticələrə əsasən cənab Məlikinin şiələrin başçılıq etdiyi Qanuni Dövlət koasiyası cənubda əsas etibarilə şiələrin yaşadığı üç vilayətdə irəlidədir. Bu, onu Bağdaddan şimalda iki vilayətdə irəlidə gedən cənab Ələvinin dünyəvi İraqiyə fraksiyasından bir qədər irəliyə çıxarır.

Mərkəzi seçki komissiyasının rəsmiləri bildirirlər ki, cənab Məlikinin Qanuni Dövlət koasliyasiyası Muthannada irəlidə olduğunu göstərir. Seçki komissiyası habelə İraq şiələrinin Milli Alyansının İranla sərhəddə yerləşən Maysan vilayətində irəliyə çıxdığını bildiriblər.

Kürd Alyansı şimalda muxtar Kürdüstan regionunun bir hissəsi olan İrbildə irəlidədir. İkin nəticələr 18 vilayətdən yalnız 5-i əhatə edir.

Böyük seçici səslərinə malik paytaxt Bağdadda səslərin hesablanması hələlik başa çatmayıb.

İraqiyə koliasiyası və İraq şiələrinin Milli Alyansı dünən bir sıra pozuntu hallarının olduğunu bildirirərək, səslərin hesablanması prosesində daha çox şəffaflığa çağırmışdır.


XS
SM
MD
LG