<!-- IMAGE -->
Qazaxıstan rəsmilərinin bildirdyinə görə, ölkənin cənubunda baş verən sellər və palçıq sürüşməsi nəticəsində 20-yə qədər adam ölmüş, kəndlərdən isə 4 000dən çoxinsan evakuasiya edilmişdir. Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi bu gün bildirib ki, bölgədəki su bəndi dağıldıqdan sonra Almatıdan şimaldakı Qızıl-Ağac və Gülbulak sakinləri təhlükəsiz yerlərə köçürülüb. Deyilənlərə görə bir körpü də sıradan çıxıb.
Qazaxıstandan alınan digər xəbərdə isə bildirilir ki, ölkənin şərqində vertolyotun qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.