Accessibility links

Dövlət katibi Klinton: Haitinin bərpası pioritet olaraq qalacaq


Dövlət katibi Klinton: Haitinin bərpası pioritet olaraq qalacaq
Dövlət katibi Klinton: Haitinin bərpası pioritet olaraq qalacaq

<!-- IMAGE -->

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar Haitidə uzun müddətli bərpa səylərinə sadiq qalır və əsas prioritet bir milyondan artıq haitilinin sığınacaq və sanitariya təchizatı ilə təmin etməkdir.

Bu gün Dövlət Departamentində yanvarın 12-i şiddətli zəlzələdən sonra Haitidə xilasetmə və bərpa səylərində iştirak edən iki mindən çox ABŞ hökumət işçisinin şərəfinə qəbulda danışan Klinton deyib ki, Haitini bərpası o, Dövlət katibi vəzifəsində olan müddətdə prioritet olaraq qalacaq.

Klinton deyib ki, zəlzələ böyük humanitar ehtiyac yaradaraq, 250 000-dən çox insanın ölümünə səbəb olmuş, Haitinin infrastruturunu dağıtmış və Haiti hökumətinə böyk zərər vurmuşdur.


XS
SM
MD
LG