Accessibility links

Britaniyanın xarici işlər naziri Çin rəsmilərilə İranın nüvə proqramını müzakirə edir


Britaniyanın xarici işlər naziri Çin rəsmilərilə İranın nüvə proqramını müzakirə edir
Britaniyanın xarici işlər naziri Çin rəsmilərilə İranın nüvə proqramını müzakirə edir

<!-- IMAGE -->

Britaniyanın Xarici İşlər naziri Deyvid Milibend deyib ki, Britaniya və Çin Tehranla işləmək yolları axtarmaqla yanaşı, nüvə proqramı ilə əlaqədar İrana təzyiq göstərməyə ehtiyac olduğuna dair razılıq əldə edib.

Çinlə ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə ölkəyə qısa səfərdə olan Milibend bu gün Şanxayda danışarkən deyib ki, Britaniya və Çin İranın BMT Təhlükəsizlik Şurasının onun nüvə fəaliyyətlərinin qarşısını almağa yönəlmiş qətnamələrini yerinə yetirdiyinə əmin olmaq kimi məsələdə birgə maraqları bölüşür.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin şuranın digər üzvlərinin İranın nüvə proqramı ilə əlaqədar daha ciddi sanksiyaların tətbiq edilməsi çağırışılarına müqavimət göstərir.

Şanxaydan sonra Britaniya xarici işlər naziri İranın nüvə proqramı və məsələləri müzakirə etmək üçün Pekində çinli həmkarı Yanq Tsieçi ilə görüşəcək. Milibend həmlinin Çinin Baş naziri Ven Tsiabao ilə görüş keçirəcək.

XS
SM
MD
LG