Accessibility links

Çin İrana qarşı sanksiyaları dəstəkləmir


Çin İrana qarşı sanksiyaları dəstəkləmir
Çin İrana qarşı sanksiyaları dəstəkləmir

<!-- IMAGE -->

Çin hökuməti Qərblə İran arasında nüvə qarşıdurmasından daha çox narahat olduğunu bildirib, lakin rəsmi Pekin hələlik Tehrana qarşı yeni sanksiyalara çağırışı dəstəkləmir. Çin xarici işlər naziri Yanq Cieçi çərşənbə axşamı Britaniyalı həmkarı Deyvid Milibəndlə birgə mətbuat konfransında situasiyadan artan narahatlığını izhar edib. Cənab Yanq Pekinin uzun müddət tutduğu mövqeyi təkrar edərək nüvə mübahisəsinin dinc danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, deyib ki, sanksiyalar məsələnin fundamental həll variantı deyil. Çin BMT Təhlükəsizlik Şurasının yeganə veto səlahiyyətinə malik olan üzvüdür ki, yeni sanksiyalara maraq göstərməyib.

XS
SM
MD
LG