Accessibility links

Qordon Braun: 'Birmanın yeni seçki qanunları qisasçı və riyakardır'


Qordon Braun: 'Birmanın yeni seçki qanunları qisasçı və riyakardır'
Qordon Braun: 'Birmanın yeni seçki qanunları qisasçı və riyakardır'

<!-- IMAGE -->

Böyük Britaniyanın baş naziri Qordon Braun Birmanın yeni seçki qanunlarının qisasçı və riyakar xarakter daşıdığını bildirib. Bu gün açıqlanan bəyanatda cənab Braun deyib ki, Birmanın hərbi hökuməti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayıb. Bu tələblərə BMT Təhlükəsizlik Şurasının və Avropa Birliyinin seçki qanunlarına məhdudlaşdırıcı və ədalətsiz maddələrin əlavə edilməməsi daxil idi. Keçən həftə açıqlanan qanunlar siyasi partiyaları cinayət məsuliyyətinə cəlb olunmuş üzvlərini partiya sıralarından qovmağa məcbur edir və 1990-cı ildə keçirilmiş son seçkilərin nəticələrini ləğv edir. Son seçkilərdə Aunq San Suu Kyinin Milli Demokratiya Liqası qalib gəlsə də, xunta səsvermənin nəticələrini qəbul etməmişdi.

XS
SM
MD
LG