Accessibility links

Erməni 'genosid'i iddialarına ekspertlərin mövqeyi


Erməni 'genosid'i iddialarına ekspertlərin mövqeyi
Erməni 'genosid'i iddialarına ekspertlərin mövqeyi

Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul olunmuş icrası icbari olmayan qətnamə prezident Barak Obamaya 1915-ci ildə ermənilətin qətlə yetirilməsini genosid kimi tanımağı məsləhət görür. 23-ün 22-yə nisbəti ilə qəbul olunan qətnamənin ardınca Obama administrasiyası buna öz etirazını bildirdi və dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasında belə bir qanun layihəsinin səsverməyə çıxarılacağına inanmadığını dedi.

Qətnaməyə sərt reaksiya verən rəsmi Ankara məsləhətləşmək üçün Vaşinqtondakı səfirini geri çağırdı və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan aprelin ortalarında prezidentinin Obamanın ev sahibliyi ilə Vaşinqtonda keçiriləcək nüvə enerjisi sammitinə bəlkə də qatılmayacağına işarə etdi.

Bir çox tarixçilər ermənilərin Osmanlı İmperiyası tərəfindən qətliama məruz qalmasını deyir. Ancaq onların heç də hamısı bunun genosid olduğuna inanmır.

Çikaqo Universitetindən Ermənistan məsələləri üzrə ekspert Ronald Sani genosid sözünün mənasını izah edir: “Genosid sözünün izahının ən çox işlədilən variantı 1940-cı illərdə BMT-nin Genosid Konvensiyasında rəsmi göstərdiyi izahdır. Orada deyilir ki, genosid insanların inamına, irqinə, etnik tərkibinə və milliyyətinə görə qəsdən qətli deməkdir.”

Sani deyir ki, Osmanlı İmperiyasının attıdığı addım açıq-aydın genosiddir: “Şübhə yoxdur ki, dövlət erməni adlı dini və etnik əhalinin sistematik deportasiya və qətliamını təşkil etmişdi. Bu təşəbbüs hökumət tərəfindən irəli sürülmüş, təşkil olunmuş və həyata keçirilmişdir. Konvensiyaya görə, siyasi və mədəni potensialı məhv etməyi və ya etnik-dini qrupun doğma yurdlarını tərk etməsini nəzərdə tutan kütləvi qətliam genosiddir.”

Alim və tarixçilərin bir çoxu Roland Sani ilə razılaşsa da, Massaçusets Universitetindən Quenter Levi razılaşmır:“Konvensiya qəbul olunanda BMT tərəfindən ilkin izahat velə idi ki, genosid dininə, irqinə və ua etnik tərkibinə görə, bir qrup insanın hissəsinin və ya bütünlüklə qəsdən silinməsi deməkdir. Buna əsasən mən deyə bilmərəm ki, bu genosiddir. Fimrimcə Erməni icmasının məhv edilməsi göstərişi olmayıb, orada sadəcə təhlükə təşkil edən ermənilərin normallaşdırılması və köçürülməsi məsələsi var idi.”

Levi deyir ki, genosidin rədd edilməsi, çox adam tərəfindən qəbul edilmir: “Bu günlər bunu etmək cəsarət tələb edir, çünki hazırda belə insanlara daha çox təzyiq və hücumlara məruz qalır. Mən öz təcrübəmdən danışıram. İnternetdə “Quenter Levi, Erməni genosidi” deyə axtarış versəniz və bəzi bloqlara baxsanız görərsiniz ki, məni holokostu rədd edənlər kimi genisidi rədd edən adam kimi qələmə verirlər.”

Ölənlərin sayı barədə də ekspertlər arasında fikir ayrılığı var. Quenter Levi 700 000 insanın öldürüldüyünü deyir. Ancaq bir çox alimlər ölənlərin sayının çox olduğunu iddia edir.

İddia edilən Erməni genosidi məsələsi hər iki tərəf üçün də emosional olaraq qalır. Ekspertlər deyir ki, Türkiyə və Ermənistan arasında gələcək münasibətlərin normallaşması üçün əvvəlcə gərək tərəflər keçmişlərindəki bu məsələni həll etsinlər.

XS
SM
MD
LG