Accessibility links

2009-cu ildə Azərbaycana qarşı kəşfiyyat aparan 29 nəfər həbs olunub


2009-cu ildə Azərbaycana qarşı kəşfiyyat aparan 29 nəfər həbs olunub
2009-cu ildə Azərbaycana qarşı kəşfiyyat aparan 29 nəfər həbs olunub
<!-- IMAGE -->

2009-cu ildə əks-kəşfiyyat, o cümlədən hərbi əks-kəşfiyyat orqanları tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 şəxs ifşa olunub. Bu barədə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov rəsmi “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həbs edilənlərdən 17 nəfər barəsində artıq məhkəmə hökmləri çıxarılıb. Bundan başqa, terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıqda təqsirləndirilən şəxs qismində 49 nəfər saxlanılıb, onlardan külli miqdarda silah-sursat və partlayıcı maddə götürülüb.
Nazirlik həmçinin, Azərbaycanda terrorçuluq aksiyaları planlaşdıran, Azərbaycan vətəndaşlarından ibarət, radikal dini təmayüllü 31 nəfərdən ibarət qrup zərərsizləşdirib.
Nazirin dediyinə görə, son bir neçə ildə Əfqanıstan və Pakistanın nəzarətsiz ərazilərinə gedib, orada Əl-Qaidə terror təşkilatının və Taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə və əməliyyatlarda iştirak etmiş Azərbaycanın bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. “Bu şəxslərdən 18 nəfəri barəsində cinayət işləri məhkəməyə göndərilib, 4 nəfər barəsində beynəlxalq axtarış elan olunub”.
Cənab Mahmudov deyib ki, “Meşə qardaşları” adlı silahlı birləşmənin axtarışda olan, 2008-ci ilin avqust ayında “Əbu-Bəkr” məscidində terrorçuluq əməllərində iştirak etmiş və sonra xaricdə gizləndiyi müəyyən edilmiş fəal üzvü bu günlərdə tutularaq ölkəyə gətirilib və istintaqa təhvil verilib
Milli təhlükəsizlik naziri Eldar Mahmudov 2005-ci ilin martında jurnalist Elmar Hüseynovun qətli ilə bağlı tədqiqatlara toxunub. O deyib ki, istintaq hərəkətləri nəticəsində qətlin törədilməsində Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin iştirakları sübuta yetirilib. “2005-ci ilin may ayında onlar təqsirləndirilən şəxslər qismində cinayət işinə cəlb olunub, barələrində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Azərbaycan tərəfi Gürcüstanın Baş Prokurorluğuna bu işlə bağlı hüquqi yardımın göstərilməsi, Tahir Xubanovun və Teymuraz Əliyevin tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib. Burada müəyyən problemlər var ki, onlar da hər bir ölkənin milli qanunvericiliyindəki müvafiq müddəalar və prosedur qaydaları ilə bağlıdır”.
Nazir müstəqil və müxalif medianın nazirliyin işçilərinin bu qətldə əli olması barədə son məlumatlarına da münasibət bildirib. O bu məlumatları “böhtan xarakterli məntiqsiz və məsuliyyətsiz yozmalar” adlandırıb. “Mən dəfələrlə bildirmişəm ki, bu cinayətlə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək istintaqın uğurla başa çatdırılması, ədalət mühakiməsi qarşısına çıxarılması bizim üçün prinsipial məsələdir və biz buna nail olacağıq. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Təkcə zaman faktoru var, lakin əminik ki, bu tezliklə baş verəcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG