Accessibility links

Bakıda 2008-ci ildə məsciddə partlayış törədən Pakistanda həbs edilib


Bakıda 2008-ci ildə məsciddə partlayış törədən Pakistanda həbs edilib
Bakıda 2008-ci ildə məsciddə partlayış törədən Pakistanda həbs edilib
<!-- IMAGE -->

“Meşə qardaşları” silahlı birləşməsinin fəallarından olan Samir Mehdiyev həbs olunub. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb. Bu il martın 16-da Samir Mehdiyev Pakistandan Azərbaycana gətirilib
Məlumata görə , 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” adı ilə tanınan “Cümə məscidi”nə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb. Lakin istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq cinayətinin əlamətləri müəyyən olduğundan istintaqın aparılması MTN-in İstintaq Baş İdarəsinə həvalə edilib.
MTN tərəfindən həmin cinayətin tezliklə açılması istiqamətində həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü “Dağıstan camaatı”nın əmiri elan etmiş “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Suleyman” ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG