Accessibility links

Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir


Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir
Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir

<!-- IMAGE -->

İordan çayının qərb sahilində Nablus şəhəri yaxınlığında toqquşma zamanı İsrail qoşunları atəş açaraq fələstinli yeniyetməni öldürüblər. Nablus xəstəxanasının həkimləri deyir ki, israilli əsgərlər 16 yaşlı oğlanı sənəsindən vurublar. Onların sözlərinə görə, bu oğlan Qərb sahilinin İraq Burin kəndində olan İsrail qoşunlarını daşa tutan bir qrup gənc arasında olub. Fələstin rəsmiləri deyir ki, 17 yaşında olan digər bir etirazçı da bədən xəsarəti alıb. İsrail ordusu onları daşa basan fələstinli kənd sakinlərini dağıtdıqlarını təsdiq etsə də, atəş açılmasını rədd edib. Hərbçilər deyir ki, ordu yəhudi yaşayış məntəqələri istiqamətində hərəkət edən etirazçıları dağıtmaq üçün göz yaşardıcı qaz, rezin güllələr kimi iğtişaşa nəzarət silahlarından istifadə edib. İsrail ordusu 2 fələstinlinin yaralandığını bildirib.

XS
SM
MD
LG