Accessibility links

İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır


İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır
İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır

<!-- IMAGE -->

İraq Seçki Komissiyası ölkənin baş nazirinin 7 mart seçkilərində verilən səslərin yenidən hesablanması ilə bağlı xahişini rədd edib. Komissiya bu gün bildirib ki, ciddi şikayətlərə yenidən baxılacaq, ancaq parlament seçkilərinin bütün bülletenləri yenidən hesablanmayacaq. Baş nazir Nuri Əl-Maliki dünən səslərin yenidən hesablanmasını tələb etmişdi. O, səslər yenidən nəzərdən keçirilməyəcəyi təqdirdə İraqda zorakılıqların baş qaldıracağı ehtimalına dair xəbərdarlıq etmişdi. Baş nazirin xahişini prezident Cəlal Tələbani açıqlayıb. O deyib ki, yenidən hesablama seçki ilə bağlı şübhə və anlaşılmazlıqları aradan qaldıracaq. Bu gün seçki komissiyası cənab Malikinin alyansının ən yaxın rəqibindən cəmi 11 000 səs geridə olduğunu bəyan edib. Hazırda səslərin 95 faizinin hesablamasına görə, sabiq baş nazir İyad Ələvinin dünyəvi koalisiyası öndə gedir.

XS
SM
MD
LG