Accessibility links

Avropa Birliyinin xarici işlər nazirləri İrandan peykdə beynəlxalq proqramların yayımına mane yaratmamağı tələb edir

Avropa Birliyi İranı peykdə beynəlxalq proqramların yayımına mane törətmək və internetdə senzuraya son qoymağa çağırıb. Birliyin xarici işlər nazirlərinin açıqladığı bəyanatda deyilir ki, İran yayımlara elektron müdaxiləni dərhal dayandırmalıdır.

Xarici işlər nazirləri bu qəbuledilməz vəziyyətə son qoymağa hazır olduqlarını bildirirlər. İran Britaniyanın BBC, Almaniyanın Döyçe Velle və Fransanın peyk operatoru Eutelsatın radio və telviziya proqramlarını yayımlaması üçün siqnallara müdaxilə edir.

Tehran həmçinin Amerikanın səsinin Fars xəbər şəbəkəsinin də yaymlarına mane olmağa çalışır.

ABŞ rəsmiləri bildirir ki, İran öz vətəndaşlarının prezident Mahmud Əhmədinejadın keçən il mübahisəli seçkilərdə yenidən prezident seçilməsindən sonra başlayan hökumət əleyhinə nümayişlər barədə xəbərlər almasının qarşısını alır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG