Accessibility links

Ereb ölkeleri İraqın BMT-nin qetnamesini qebul etmesini alqışlayır - 2002-11-14


İraqın BMT-nin Təhlükəsizlik Şurasının silah təftişi ilə bağlı qətnaməsini qəbul etməsindən sonra ərəb dövlətlərinin nümayəndələri razılıqlarını ifadə etmişlər.

Küveyt, Qatar, Livan və Misir İraqın Təhlükəsizlik şurasının qətnaməsini qəbul etməsini alqışlamışlar. Küveyt bildirib ki, qətnamənin qəbul edilməsi İraqlıların qanının axıdılmasının və mümkün müharibənin başlamasının qarşısını alacaq. Bağdadda çıxan rəsmi Babil qəzeti “Birləşmiş Ştatlarla böhranın” başlaya biləcəyi xəbərdarlığını etmiş və Fransa, Rusiya və Çini garşıdan gələn aylar İraqı müdafiə etməyə çağırmışdır. Fransa xəbərlər agentliyi İraq vətəndaşlarının dediklərindən iqtibas gətirərək xəbər verib ki, onlar ədalətsiz adlandırdıqları qətnamənin Bağdad tərəfindən qəbul edilməsini qarışıq hisslərlə qarşılamışlar. Bununla belə, İraqlılar müəyyən müddətə olsa da, müharibə təhlükəsinin sovuşduğundan yüngüllük hissi keçirdiklərini bildirmişlər. Ərəb ölkələri Liqasının baş katibi Amr Musa İraqın qətnaməni qəbul etməsini düzgün addım adlandırmışdır. O, bildirmişdir ki, İraq və Təhlükəsizlik Şurası diqqəti müfəttişlərin işinin təşkil olunması məsələsinə yönəltməlidirlər. BMT-nin texniki işçilərindən ibarət qrup İraqa cədvəl üzrə bazar ertəsi günü yetişməlidir. Təftiş isə gələn bir neçə həftə ərzində başlamalıdır.

XS
SM
MD
LG