Accessibility links

Əfsanəvi boksçu Məhəmməd Əli Əfqanıstana səfər edib - 2002-11-17


Bu gün paytaxt Kabilə yetişən Məhəmməd Əlinin səfərinin məqsədi dünyanın diqqətini müharibənin dağıtdığı Əfqanıstana cəlb etməkdir. BMT-nin sülh elçisi kimi səfər edən 60 yaşlı Məhəmməd Əli Dünya ərzaq proqramı və Uşaq fondunun qonağıdır. Prezident Həmid Karzai Əfqanıstanda BMT-nin sülh elçisini qəbul etməyi özünə şərəf bildiyini söyləmişdir. Parkinson xəstəliyinə tutulmuş Məhəmməd Əli ölkədə üç gündən artıq qalmaq istədiyini bildirmişdir. Boksçu gənc idmançıların klubunu, qız məktəbini və qadınların çalışdığı çörək mə’mulatları fabrikini ziyarət edəcək. Məhəmməd Əli ağır ağır çəkidə boks üzrə dünya çempionu olduğu 1964-cü ildə islamı qəbul etdikdən sonra Əfqanıstanda böyük şöhrət qazanmışdır.

XS
SM
MD
LG