Accessibility links

İranda islahatçı tələbələr və mühafizəkarların nümayişləri davam edir - 2002-11-19


Minlərlə islahatçı tələbələ və sərt xətt tərəfdarı mühafizəkarlar İranın paytaxtı Tehranda nümayişlər keçirirblər. İslahatçı professora ölüm hökmünün çıxarılmasından sonra İslam respublikasında gərginlik artmaqda davam edir. Bəsij qrupuna daxil olan iki minə yaxın islamçı ekstremist Tehran Universitetində nümayiş keçirib. Qonşuluqda isə islahat tərəfdarları tələbələr Haşim Ağacariyə çıxarılmış ölüm hökmünə etiraz tədbirləri keçiriblər. Professor mollaların hakimiyyətini şübhə altına qoyduğu üçün asılmaqla ölüm hökmünə məhkum edilmişdir. İranın ruhani rəhbəri Ayatolla Əli Xamenei bu hökmə yenidən baxılmasına haqda göstəriş vermişdir.

XS
SM
MD
LG