Accessibility links

Prezident Buş yeni üzvlerin qebul edilməsile NATO-nun güclənəcəyini söyleyir - 2002-11-21


Praqada NATO-nun zirvə toplantısında alyans üvzləri Şərqi və mərkəzi Avropanın yeddi ölkəsini alyansa qoşulmağa də’vət ediblər. Prezident Buş müttəfiqlərin bu addımını alqışlayaraq deyib ki, keçmiş sovet blokundan ölkələrin qəbul edilməsi qarşısında yeni vəzifələr duran təşkilatın güclənməsinə səbəb olacaq.

Prezident Buş NATO-nun genişlənməsinin Birləşmiş Ştatların azadlıq və azad və sülh içində Avropa prinsiplərinə sadiq qaldığını nümayiş etdirdiyini demişdir.

“Amerika bugünkü qərardan çox razıdır. Biz inanırıq ki, bu, ölkəmiz üçün ən əhəmiyyətli alyans olan NATO-nu gücləndirir.”

Praqada olduğu müddət çıxışlarında prezident Buş NATO-ya indi və bundan sonra dəstək verəcəyini xüsusi vurğulamışdır. Prezident demişdir ki, bir zamanlar sovet bloku daxilində mübarizə aparmış ölkələr alyansa müəyyən mə’nada “mə’nəvi şəffaflıq” gətirir. Corc Buşun dediyi kimi, hərbi cəhətdən o qədər güclü olmasalar da bu ölkələr alyansa öz töhfələrini verəcəklər.

“Yeddi yeni üzvü alqışlamaqla biz təkcə hərbi qüdrətimizi artırmırıq, habelə bu böyük demokratik alyansın ruhunu təzələyirik.”

NATO-nun yeni üzvləri Buş administrasiyasının İraq məsələsində mövqeyini dəstəkləyirlər. İraq prezident Buşun zirvə toplantısında görüşlərinin diqqət mərkəzində duran əsas məsələdir. Corc Buş bir daha bildirmişdir ki, İraq lideri BMT-nin tələblərini yerinə yetirməsə və kütləvi qırğın silahlarını təhvil verməsə ciddi nəticələrlə qarşılaşacaq. NATO-nun zirvə toplantısı bitəndən sonra prezident Buş Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt Peterburqa səfər edəcək. Rusiya Varşava müqaviləsinin keçmiş üzvlərinin NATO-ya qoşularaq alyansın onun sərhədlərinədək genişlənməsinin əleyhdarı olaraq qalır.

XS
SM
MD
LG