Accessibility links

Güclü külək tankerdən axan neftin temizlənməsinə mane olur - 2002-11-21


İspaniyanın şimal-qərbində güclü külək dənizə tökülmüş neftin təmizlənməsi işlərinə mane olur. Dəniz səthini tutmuş neft artıq sahilə qədər gəlib çıxmışdır. Ətraf mühiti zəhərləyən neftin təmizlənməsi işində balıqçılar əsgərlərə kömək edirlər. Dəniz sahilinin 300 kilometri boyu çimərliklər neftlə çirklənmişdir. Neftin sahilə qədər gəlməsinin qarşısını almaq üçün rəsmi nümayəndələr daha çox bənd qoymuşlar. Atlantik okenanda qasırğa zamanı iki yerə bölünmüş tankerdən indiyə qədər 10 min tondan çox neftin axdığına inanılır. Tanker 70 min ton neft daşıyırdı.

XS
SM
MD
LG