Accessibility links

Prezident Buşun Avropa səfəri başa çatdı - 2002-11-23


Prezident Buş bu gün Avropa səfərinin son dayanacağı Rumıniyanı tərk etmişdir. Budapeştdə etdiyi çıxışı zamanı prezident Rumıniyanı iki nəsil davam edən tiraniyaya son qoyduğuna görə alqışlamışdır. Rumıniya prezidenti İon İliesku isə ölkəsinin NATO-ya üzvlüyünü yeni eranın başlanğıcı adlandırmışdır. Amerika prezidenti Circ Buşun NATO-ya üzlük də’vətnaməsi alan Litva və Rumıniya da daxil edilən Avropa səfəri başa çatmışdır. Prezident Buş Vilnyusda dövlət hadisəsi kimi deyil, daha çox şənlik xarakteri daşıyan mərasimdə çıxış etmişdir.Mərasim rok konserti ilə başlamış, Amerika prezidentinin çıxışının sür’əkli alqışları ilə başa çatmışdı. Cənab Buş Sovet işğalı dövrü Litvanın çəkdiyi əziyyətlərdən danışmış və bu ölkənin NATO-ya üzlüyünü mühüm hadisə kimi qeyd etmişdir. Minnnətdarlıq hissi ilə minlərlə litvalı, şaxtalı havaya baxmayaraq, Amerika prezidentini iki ölkənin bayraqlarını dalğalandırmaqla qarşılamış, onun çıxışını dinləmişlər.Amerika prezidenti Litvanın müstəqillik hərəkatı uğrunda çanlarından keçənlərin xatirəsini yad etmiş, Litvanın NATO-ya qəbul edilməsini alqışlamışdır.O demişdir ki, qorxulu gecələr, tənhalıq və qeyri-müəyyənliyə son qoyulmuşur. Siz güclü və artmaqda olan NATO ailəsinə qoşulursunuz. Alyansımız amalı mühafizədir. Litvanı özünə düşmən seçən, Amerika Birləşmiş Ştatlarını da düşmən bilməlidir-deyə prezident bildirmişdir. Prezident Buş keçmişi yalnız xatirə kimi yada salmamış, NATO-nun keçmiş və hazırda üzləşdikləri çətinliklərdən danışmışdı.Amerika prezidenti çıxışından sonra onu dinləyənlərin əlini sıxmışdır. Qeyd edək ki, Amerika prezidentini Litva, Latviya və Estoniyanın liderləri müşaiyət edirdilər. Bir zamanlar sovet qoşunlarının işğalına mə’ruz qalan bu Baltikyanı ölkənin 3 də NATO-ya üzv olamalıdır.

XS
SM
MD
LG