Prezident Buş yeni Daxili təhlükəsizlik nazirliyinin yaradılması haqda qanun layihəsini imzalamışdır. Bu, Birləşmiş Ştatlar hökumətində 50 ilə yaxın bir müddət ərzində ilk belə geniş struktur dəyişikliyidir. Ağ evdə keçirilən mərasimdə prezident demişdir ki, nazirliyin yaradılmasının əsas məqsədi Amerikalıları yeni dövrün təhlükəsi olarn terrorimzdən qorumaqdır. Prezident Buş habelə yeni nazirliyə rəhbərlik etmək üçün indi daxili təhlükəsizlik məslələrilə məşğul olan Tom Ricin namizədliyini irəli sürmüşdür. Kabinet səviyyəsində yeni nazirlik 170 min işçisi olan 22 fedral agentliyi birləşdirəcək. Nazirliyiin büdcəsi 40 milyard dollar təşkil edəcək. Federal Təhqiqat bürosu və Mərkəzi Kəşfiyyat agentliyi nazirliyə daxil olmayacaqlar.