Accessibility links

İranda Tələbə Hərəkatının Təsirləri - 2002-11-27


İranda islahat tərəfarı tarix profesoru Haşim Ağacəriyə edam cəzası verilməsi səbəbilə keçirilən nümayişlərdə tələbələr söz azadlığı və siyasi islahatların həyata keçirilməsini də tələb ediblər. Elm və Texnologiya Üniversitetində oxuyan Arəş Pəhlivan-Nasir tələbə liderlərindən biridir. O söyləyir ki, artıq nümayişlərin məqsədi Profesor Haşim Ağacərinin həbsdən azad edilməsi tələbini ötüb keçmişdir. O deyir ki, bizim İslam inqilabımız söz azadlığı uğrunda mübarizə aparan minlərlə şəhidin qanı hesabına həyata keçib indi isə söz azadlığını müdafiyə etsəniz sizə edam cəzası verilə bilər.

Vaşingtonda yerləşən Johns Hopkins Üniversitetinin Beynəlxalq Əlagələr bölməsinin profesoru Azər Nəfisi keçmişdə Tehran Üniversitetində dərs deyirdi. O söləyir ki, tələbələrin nümayişləri Prezident Məhəmməd Xatəminin söz verdiyi islahatların sürətlə həyata keçirilməməsi səbəbilə ictimaiyətin digər hissəslərinin qəzəbini də əks etdirir. O deyir ki, bu tələbə hərəkatının ən əhəmmiyyətli cəhəti onun mütərəqqi olmasında, təkcə öz tələbləri yox başqa qrupların tələblərinə də qayqı qöstərməsindədir. Buna görə onlar “mətbuat azadlığı”, “bütün siyasi məhbuslara azadlıq” şuarları ilə çıxış edirlər. Onların şuarları indi dünyəviçiliyi, daha demokratik, azad və pluralist bir İranı tələb edən şuarlara çevrilmişdir.

Londonda yerləşən İran və Ərəb Araşdırmaları mərkəzinin Sədri Əli Rza Nurizadə de söyləyir ki, tələbələr eyni zamanda xalqın, iqtisadi vəziyyətin tənəzzülü barədəki narazılığını da əks etdirirlər. Cənab Nurizadə deyir ki, ”Gələn il dörd beş milyondan çox adam işsiz qalacaq. Bu tələbələrin çoxu üniversiteti qurtarandan sonra iş tapa bilməyəcək. Buna görə də həm valideynlər həm də tələbələr qayqılanırlar.” Bu ayın əvvəllərində iki həftə davam edən tələbə nümayişləri İranın ruhani rəhbərliyinin mühafizəkar qanadını təşvişə salmışdı. Onlar Şah Rza Pəhləvini hakimiyyəttən salıb özlərini hakimiyyətə gətirən 1979-cu il islam İnqilabında gənclərin küçələrdə keçirdikləri nümayişlərin təsirini hələ yaddan çıxartmayıblar. Bir neçə il əvvəl də islahat tərəfdarı bir qəzetin bağlanması nəticəsində Tehran Üniversitetində başlayan nümayişlər qısa müddət ərzində ölkənin başqa yerlərinə də yayılmışdı. Axırda nümayişlər polisin tələbələrə divan tutması nəticəsində dayandırılmışdı. Cənab Nurizade söyləyir ki, o zamandan bəri hökumət tələbə hərəkatlarının qarşısını almaya və ya onları daha mühafizəkar mövgei tutacaq şəkildə formalaşdırmaya səy göstərir.

Keçən üç il ərzində rəsmi dairələr tələbə hərəkatlarının qarşısını almaq üçün bütün vasitələrdən və qüvvədən istifadə etmişlər. İran gənclərinin siyasi gücünü nəzərdən uzaqda tutmaq olmaz. Professor Nəfisi deyir ki, İranın mühafizəkar liderləri İslam rejimi altında boya başa çatan cavanların inqilabın amallarını müdafiyə edəcəklərini gözləyirdilər. Ancaq bunun əvəzinə həmin gənclər küçələrdə inqilab əleyhinə şuarlar bağırırlar. O söyləyir ki, İranın rəhbərliyi ölkənin gənclərinin fikirlərini görməzlikdən gələbilməzlər və onlar başa düşürlər ki, artıq gəncləri nəzarət altında da saxlaya bilməzlər.

XS
SM
MD
LG