Accessibility links

Əfqanıstanın qərbində rəqib qruplar arasında toqquşmada 11 adam həlak olub - 2002-12-01


Hücuma mə’ruz qalmış Birləşmiş Ştatların xüsusi qüvvələrinə kömək məqsədilə Amerikanın B-52 döyüş təyyarəsi toqquşmanın baş verdyi ərazidəki mövqeləri atəşə tutmuşdur.

Amerikanın xüsusi qüvvələri hücuma mə’ruz qaldıqdan sonra Birləşmiş Ştatların B-52 döyüş təyyarəsi Herat vilayətində Şindand hava bazası yaxınlığlındakı əraziyə 7 bomba atmışdır. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əfqanıstandakı koalisiya qüvvələrinin mətbuat katibinin bildirdiyinə görə, Birləşmiş Ştatların hərbi qüvvələri Herat şəhərindən cənubda, şiddətli döyüşün baş verdiyi ərazi yaxınlığında keşik çəkirdilər. Hələlik Birləşmiş Ştatların hərbi qüvvələrinin döyüşən tərəflərdən biri, ya hər ikisi, yaxud başqa bir qüvvə tərəfindən hücuma mə’ruz qaldığı aydın deyil. Şindand hərbi hava bazasından cənubda Heratın valisi İsmayıl xan və regional hərbi komandir Amanulla xana məxsus qüvvələr arasında atışma şənbə günü başlamışdır. Şiddətli döyüşdə artilleriyadan da istifadə olunduğu deyilir. Keçən il regionda Taliban hakimiyyəti devrildikdən sonra İsmayıl xanın əsasən taciklərdən, Amanulla xanın isə əsas e’tibarilə puştulardan ibarət qüvvələri arasında dəfələrlə toqquşma baş vermişdir. Bu gün tərəflər bir-birini birinci atəş açmaqda ittiham etmişlər. Əfqanıstan prezidenti Həmid Karzay idarəsi tərəflər arasında gərginliyi azaltmaq məqsədilə bir neçə dəfə regiona nümayəndə hey’əti yollamışdır.

XS
SM
MD
LG