Accessibility links

Professor Ağacəri apelyasiya məhkəməsinə müraciət edib - 2002-12-02


İranın islahat tərəfdarı professoru Haşem Ağacəri ötən ay məhkum edildiyi ölüm hökmü ilə bağlı apelyasiya məhkəməsinə müraciət etmişdir. Müraciət hökmün yenidən baxılmasını qeyri-mümkün edəcək möhlətdən bir neçə gün əvvəl edilmişdir. İranın dövlət prokuroru bildirmişdi ki, tarix professoru Haşem Ağacərinin ölüm hökmünün apelyasiya edilməsinin müddəti çərşənbə günü başa çatır. Bundan sonra Ağacərinin vəkili bazar günü bütün lazımi sənədləri toplamışdı. Məhkəmə isə müraciətin nəzərdən keçiriləcəyini e’lan etmişdir. Xatırladaq ki, prezident Məhəmməd Xatəminin yaxın müttəfiqi olan professor Ağacəriyə ölüm hökmü noyabr ayının 6-da çıxarılmışdı. Ona qarşı ittiham professorun “müsəlmanlar kor-koranə mollaraın arxasınca getməməlidir” deməsindən sonra irəli sürülmüşdür. Onu da qeyd edək ki, Ağacəri apelyasiya məhkəməsinə müraciət etməyəcəyini bildirirdi. Hökm Tehranda tələblərin iki həftə davam edən nümayişləri ilə qarşılanmışdı. Nümayişlər zamanı zorakılıqlara da yol verilmişdi. Apelyasiya müraciəti daha artıq azadlıq tələb edən mö’təsillərlə İranın məhkəmə də daxil edilməklə, əsas hökumət idarələrinə nəzarət edən mühafizəkarlar arasındakı siyasi gərginliyi azalda bilər.

XS
SM
MD
LG