Accessibility links

Buş yeni iqtisadi hey"ət yaradır - 2002-12-06


Prezident Buş Maliyyə naziri Pol O’Nil və Ağ Evin iqtisadi məsələlər üzrə məsləhətçisi Larri Lindslinin iste’fasından sonra iqtisadi komandasını yenidən yaratmaqla məşğuldur. Ağ Evin nümayəndəsi Ari Flayşer iste’faların səbəbilylə bağlı detalları açıqlamaqdan imtina etmişdir. O, müxbirlərə bildilrmişdir ki, prezident onların xidmətlərinə çox yüksək qiymət vermişdir. Mətbuat katibi iste’fa vermiş rəsmi nümayəndələrin yerinə yeni adamların axtarıldığını demişdir. Prezidentin iqtisadi məsələlər üzrə nümayəndəsi kimi, maliyyə naziri Pol O’Nil Birləşmiş Ştatların aydın iqtisadi siyasət kursunu açıqlaya bilmədiyi üçün dəfələrlə tənqidlərlə qarşılaşmışdır. Pol O’Nil Buş administrasiyasını tərk edən ilk yüksək səviyyəli rəsmi nümayəndədir.

XS
SM
MD
LG