Accessibility links

Qatarda  mobil komanda mərkəzinin effektivliyinin sınağına başlanılır - 2002-12-07


Bazar ertəsi Körfəz ölkəsi Qatarda Birləşmiş Ştatların yüksək texnologiyalı 100 milyon dollarlıq müharibə oyunları ilə mobil komanda mərkəzinin effektivliyinin sınağına başlanılır. “Amerianın səsi”nin müxbiri Tatyana Anderson xəbər verir ki, “Daxili baxış” adlandırılan bu imitasiya edilmiş hərbi manevrlərdə qüvvələrin iştirakı tələb edilmir. Qatarın paytaxtı Doha yaxınlığındakı Sayliyah hərbi bazasında keçiriləcək manevlərin məqsədi hərbi hazırlıq, kommunikasiya, koordinasiya və mümkün əməliyyatlara reaksiyanın yoxlanışıdır. Yeni tə’limlərlə kommunikasiya və texnologiyaya nəzarət yüksək rütbəli zabitlərin bazalardan hərbi birləşmələrin koordinasiyasına imkan yaradacaq. Lakin tə’limlərin detalları hələ gizli saxlanılır. Rəsmi nümayəndələrin dediyinə görə tə’limlərdə minə yaxın yüksək rütbəli hərbiçinin iştirak edəcək və Floridadakı komanda qərargahının yüzlərlə işçisi Qatara gedəcək. Mərkəzi Komanda İdarəsinin verdiyi mə’lumta əsasən burada dünya ölkələrindən də hərbi personalın iştirakı gözlənilir. Amerikanın Mərkəzi Komanda idarəsinin başçısı, general Tommi Frank müharibə oyunlarına nəzarət edəcək. İraqa qarşı bütün mümkün əmliyyatlar da onun əmrinə əsasən həyata keçiriləcək. Qeyd edək ki, hazırkı müharibə oyunları mobil binalar, çadırlar və yüksək texnoligiyalı kommunikasiya sistemindən təşkil edilmişdir. Birləşmiş Ştatlar müntəzəm şəkildə praktiki tə’limlər keçirirdi. Lakin bu tə’limlərin əhəmiyyəti onların ilk dəfə olaraq Amerika xaricində keçirilməsidir.

XS
SM
MD
LG