Accessibility links

Prezident Buş: Amerika İraqla bağlı qərar çıxarmağa tələsmir - 2002-12-07


Prezident Buş Amerika xalqına həftəlik radio müraciətində Birləşmiş Ştatların Bağdadın BMT-nin tələblərini bütünlüklə yetirib-yetirmədiyi haqda qərar çıxarmağa tələsmədiyini bildirmişdir. Corc Buş habelə qeyd etmişdir ki, sübuta yetirmək vəzifəsi İraq prezidenti Səddam Hüseynin üzərinə düşür.

Həftəlik radio müraciətində prezident Buş aydın şəkildə bildirmişdir ki, nüvə, kimyəvi və bioloji silahların mövcud olub-olmadıığını aşkar etmək vəzifəsi Birləşmiş Milətlər Təşkilatının üzərinə deyil, nəyə malik olduğunu açıq göstərmək üçün İraqın üzərinə düşür.

“İraqın qapıları müfəttişlərin üzünə açması hələ kifayət deyil. Şərtlərə əməl etmək o deməkdir ki, İraq keçən on il ərzindəki yalanlarından əl çəkdiyini nümayiş etdirərək tələb olunan bütün mə’lumatları və dəlilləri araşdırmaq üçün təqdim etməlidir.”

Buş administrasiyası Bağdadın kütləvi qırğın silahlarına malik olmadığına inanmır.

“Hələ də dünyanın görmək istədiyi əsaslı dəyişikliyi nə təcrübədə, nə də məsələyə münasibətdə görə bilməmişik.”

Prezident Buş yenə də qeyd etmişdir ki, belə davam etsə, Birləşmiş Ştatlar Səddam Hüseyni tərksilah etmək üçün hərbi koalisiyaya başçılıq edəcək. Buş adminsitrasiyası bildirir ki, prezident Səddam Hüseyn BMT-nin sənədində qeyd edilənləri hələ də açıqlamamışdır. Bilrəşmiş Ştatların müdafiə naziri Donald Ramsfild bu yaxınlarda müxbirlərə bildirmişdir ki, Səddam Hüseynin yığışıb İraqı tərk etməsi müharibə etməkdən daha yaxşı çıxış yolu ola bilər. BMT-nin silah müfəttişləri isə iki günlük fasilədən sonra bu gün yoxlanışı bərpa etmişlər. Təftişin artıq ikinci həftəsinə qədəm qoymuş ekspertlər nəyin aşkar edildiyi barədə hələlik mə’lumat verməmişlər. Müfəttişlər yoxlanışla bağlı son sənədi yanvarın 26-a qədər Birləşmiş Millətlər Təşkilatına təqdim etməlidirlər.

XS
SM
MD
LG