Accessibility links

Serbiyada  prezident seçkilərinin üçüncü cəhdinə baxmayaraq nəticə əldə edilməmişdir - 2002-12-08


Müstəqil müşahidəçilər hələ ki, lazımı 50 faiz səsin toplanmadığını deyirlər. Xatırladaq ki, Yuqoslaviyanın mö’tədil prezidenti Voyislav Koştunitsa iki serb millətçisi Voyislav Seselj və Borislav Peleviçlə yarışır. Qeyd edək ki, Voyislav Koştunitsanın sentyabrda keçirilən seçkilərin ilkin mərhələsində daha artıq səs toplamasına baxmayaraq, əksəriyyət əldə edə bilməmişdi. İki həftə sonra keçirilən ikinci raunda da Koştunitsaya daha artıq səs verilmiş, lakin bu dəfə də səslər kifayət etməmişdi. Qərb dövlətləri xalqı səsvermədə fəallığa səsləyərək, islahatların həyata keçrilməsi üçün Serbiyanın siyasi sabitliyə ehtiyacı olduğunu vurğulayırlar.

XS
SM
MD
LG