Accessibility links

İran tələbələrinin nümayişi - 2002-12-09


İranın tələbələri İran İslam inqilabını tənqid etdikləri üçün, onlarla sərt-xətt tərəfdarları arasında vuruşma baş verib. Bu savaşma təxminən 1500 tələbənin iştirakı ilə miting keçirdiyi vaxta təsadüf edib. Tələbələr İslam cümhuriyyətində islahatların həyata keçirilməsini tələb etmişlər. Mitingdə çıxış edən bir tələbə demişdir ki, İranlılar atalarının buraxdıqları səhvin dəyərini ödəyirlər. Sərt-xətt tərəfdarları tribüna hücum edərək mikrofonu sındırmış, dəyənək və göz yaşardıçı maddə ilə tələbələrə hücum etmişlər. Polis keçən şənbə günü də islahat tərəfdarı tələbələrin nümayişini dağıtmışdı.

XS
SM
MD
LG