Accessibility links

BMT müfəttişləri növbəti obyekti yoxlamaq üçün iki saata qədər gözləməli olublar - 2002-12-13


BMT müfəttişələri bu gün ilk dəfə olaraq İraqın yüksək səviyyəli rəsmi nümayəndələrilə birbaşa xüsusi telefon xəttilə əlaqə saxlayıblar. Buna səbəb xəstəliklərə nəzarət mərkəzinə daxil olmaq icazəsinin gecikdirilməsi olmuşdur. Müfəttişlər habelə sənaye zavodunda da olmuşlar.

BMT müfəttişləri İbn əl Haysam sənaye mərkəzinə getmişlər. BMT mənbələri bu obyekti İraqın raket istehsalı proqramı ilə əlaqələndirirlər. Körfəz müharibəsindən sonra BMT-nin Təhlükəsizlik Şurası İraq raketlərinin qət edə biləcəyi məsafənin 150 kilometrə qədər məhdudlaşdırılması ilə bağlı qətnamələr qəbul etmişdi. Müfəttişlərin digər bir qrupu ilk dəfə olaraq İraqın yoluxucu xəstəliklərə nəzarət mərkəzində yoxlama keçirmişdir. Yoxlama buradakı avandanlıqdan hərbi məqsədlərlə istifadə edilib-edilməməsini müəyyənləşdirmək məqsədi güdür. Xəstəliklərə nəzarət mərkəzində olarkən BMT müfəttişləri ilk dəfə İraqın rabitə məsələləri üzrə xüsusi nümayəndəsi ilə birbaşa tə’cili telefon əlaqəsi yaratmışlar. BMT-nin rəsmi nümayəndələrinin bildirdiyinə görə, bu, yeni obyekt olduğu üçün müfəttişlər buradakı avadanlığın üzərində etiketləri yoxlamaq istəmişlər. Keçən ay İraqda yoxlamaya başlayandan müfəttiişlər ilk dəfə istirahət günü olan cümə günü çalışmışlar.

XS
SM
MD
LG