Accessibility links

Amerika İranı gizli nüvə proqramları inkişaf etdirməkdə ittham edir - 2002-12-14


Birləşmiş Ştatlar İranı bu faktı təkzib etməsinə baxmayaraq, fəal surətdə nüvə proqramları üzərində işləməkdə ittiham edir. Rəsmi nümayəndələr bildirmişlər ki, İranın mərkəzində nəhəng nüvə enerji stansiyasının peyk vasitəsilə çəkilmiş son foto şəkilləri bu inamı gücləndirmişdir.

Dövlət Departamentinin nümayəndəsi Riçard Bauçer bildirmişdir ki, şəkillər Birləşmiş Ştatların İranın gizli nüvə proqramına malik olması haqda narahatlıqlarını əsaslı olduğunu göstərir. Riçard Bauçer demişdir ki, İran kimi neft və qazla zəngin bir ölkənin belə bahalı nüvə enerji stansiyası inşa etməsi iqtisadi cəhətdən faydalı deyil. Peyk vasitəsilə əldə edilmiş foto şəkillər Natanz şəhəri və Arak ərazisində iki tikilinin təsvirini verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd Baradei CNN teleşirkətinə verdiyi müsahibədə bildirmişdir ki, İranın atom enerji proqramının rəhbərinin dediyinə görə, bu obeyktlər haqda mə’lumatların agentliyə çatdırılmasını planlaşdırılır. Ağ Evin mətbuat katibi Bauçerin bildirdiyinə görə, faktlar olduqda maralıdır və belə bir nəticəyə gətirib çıxarır ki, İranın bu nüvə proqramı dinc xarakter daşımır və tam dəqiqliklə demək olar ki, şəffaf deyil. “Burada bir neçə kiçik tikili əks olunub. Bunlardan üçü, daha böyüyü yerin altındadır və belə görünür, onların üstü torpaqla örtülüb. İran heç vaxt bu obyekti dinc proqramların bir hissəsi kimi açıqlamağı nəzərdə tutmayıb. Əksinə, İran gizli şəkildə yerin altında parçalana bilən material istehsal edə bilən bir obyekt inşa etməyə çalışıb.”

Hadisə ilə bağlı şərh verən İranın rəsmi nümayəndələri beynəlxalq qanunların pozulmadığını söyləmişlər. İranın BMT-dəki səfiri Məhəmməd Cavad Zərif İranın nüvə proqramlarına malik olmadığın demişdir. Xarici işlər nazirliyinin mətbuat katibi Həmid Reza Asəfi bildirmişdir ki, İran beynəlxalq qanunların pozulmasını nəzərdə tutan heç bir aksiyaya yol veməmişdir və bundan sonra da buna yol verməyəcək. Bununla yanaşı o demişdir ki, heç bir ölkə öz siyasi məqsədlərinə görə İranın öz məqsədlərini həyata keçirməsinin qarşısını ala bilməz. Natanz və Arak yaxınlığındakı obyektlər Beynəxalq Atom Enerjisi Agetnliyinin xüsusi marağına səbəb olmuşdur. Agentliyin mətbuat katibi Mark Qvojdetskinin dediyi kimi, obyektlər fevral ayında ziyarət ediləcək. O əlavə etmişdir ki, məsələ bununla bitmir və bir halda ki, İran bu obyektlərin mövcudluğunu açıqlayıb Beynəlxalq Atom Enerjisi Agentliyinin ehtiyat tədbirlərinin onlara tətbiq edilməsinə imkan verir, İran belə obyektlərə malik ola bilər.

XS
SM
MD
LG