Accessibility links

Şaron Fələstinlilərlə danışıqlar aparır - 2002-12-18


Yaxın Şərqdə bu gün işğal olunmuş ərazilərdə zorakılıqların davam etdiyi xəbər verilir. Fələstinli şahidlərin bildirdiyinə görə, İsrail əsglərləri Qəzza zolağında Rafah şəhərində bir yeniyetmə gənci güllə il vurub qətlə yetirmişlər. Bu arada, baş nazir Ariyel Şaron İsrail televiziyasına verdiyi müsahibədə mö’tədil Fəslətinlilərlə danışıqların davam etdirildiyini demişdir. Baş nazir Şaron danışıqların aparıldığı Fələstinlilərin adlarını açıqlamadan bildirmişdir ki, sülhə tərəfdar olan hər bir kəslə danışqlara hazırdır. Ariyel Şaron sülh tərəfdarlarının sayının artmaqda oluğunu da əlavə etmişdir. Bundan əvvəl Ariyel Şaron İsraillilər əleyhinə hücumlar davam edənə qədər Fələstinlilərlə danışıqları istisna edirdi.

XS
SM
MD
LG