Accessibility links

Rusiya ABŞ-ın 2004-cü ildə raketlərdən müdafiə sisteminin quraşdırılması haqda qərarından narazı olduğunu bildirib - 2002-12-18


Buş idarəsi dünən qərarı e’lan edərək bildirdi ki, raketlərdən müdafiə sistemi Amerika vətəndaşlarını kütləvi qırğın silahları əldə etməyə çalışan, habelə Amerikaya düşmən münasibət göstərən dövlətlər və terrorçu təşkilatlardan müdafiə etmək məqsədi daşıyır. Rusiya isə bildirir ki, belə bir sistem yeni silah yarışına gətirib çıxara və diqqəti beynəlxalq terrorizmlə mübarizədən yayındıra bilər. Prezident Buş raketlərdən müdafiə sisteminin birinci hissəsinin 2004-cü ildə yerləşdirilməsi işinə başlanması haqda dünən müdafiyə nazirliyinə göstəriş vermişdir. Bu, raketləri havada vuracaq daha geniş bir müdafiə sisteminin bir hissəsidir. Birləşmiş Ştatlar özünü və müttəfiqlərini qanun tanımayan ölkələrdən müdafiə etmək üçün belə bir sistemə ehtiyac olduğunu bildirir. Rusiya buna kəskin e’tirazını bildirərək belə bir sistemin beynəlxalq təhlükəsizliyə zərər vura biləcəyini deyir.

XS
SM
MD
LG