Hindistan Kəşmirində ötən il parlamentə edilən hücumdakı rollarına götə 3 nəfərin ölüm cəzasına məhkum edilməsi kəksin e’tirazlarla qarşılanmışdır. Ştatın yay paytaxtı Şrinaqarda ümumtə’til e’lan edilmiş, məktəblər və bizneslərin işi dayandırılmışdır. Bramulla şəhərində ağır qara baxmayaraq, yüzlərlə adam e’tiraz nümayişində iştirak etmişdir. Müttəhimlərin vəkilləri apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildirirlər. Qeyd edək ki, bu şəxslərin heç bir parlamentə qarşı hücumda birbaşa iştirak etməmişlər. Hakim isə terrorçulara yardım etdikləri üçün onların bərabər şəkildə müqəssir olduqlarını bildirmişdir.