Accessibility links

Bliks Amerika və Britaniyadan İraqla bağlı kəşfiyyat melumatlarını isteyir - 2002-12-20


BMT-nin silahlar üzrə baş müfəttiişi Hans Bliks Birləşmiş Ştatların və Britaniyanın İraqın kütləvi qırğın silahlarını harada gizlətdiyi haqda ona daha artıq kəşfiyyat mə’lumatları təqdim etməli olduğunu deyib. Bu gün Britaniya televiziyası və radiosuna verdiyi müsahibədə cənab Bliks qeyd edib ki, hər iki hökumət müfəttişlərin malik olmadığı mə’lumatlara malikdir. Birləşmiş Ştatlar və Britaniya bildirirlər ki, İraqın hesabatı yalan və yanlışlıqlardan ibarətdir. Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel isə hesabatla bağlı dünən bidirmişdir ki, bu, BMT-nin tərksilah haqda qətnaməsinin pozulduğunu əks etdirir.

XS
SM
MD
LG