Accessibility links

Fələstinlilər ümumi seçkilərin keçirilməsini tə"xirə saldılar - 2002-12-22


Fələstin rəhbərliyi İsrail İordan çayının Qərb sahilinin şəhərlərini yenidən işğal etdiyinə görə prezident və parlament seçkilərini qeyri-müəyyən vaxta qədər tə’xirə salıb. Fələstinin rəsmi nümayəndələri bildiriblər ki, İsrail ordusu işğal olunmuş ərazilərdən çıxmayana qədər yanvarın 20-ə tə’yin olunmuş seçkilərin keçirilməsi mümkün deyil. İsrail Qərb sahilinin bə’zi şəhərlərini iyun ayında ölkə ərazisində intihar bomba hücumlarından sonra yenidən işğal etmişdir. Fələstinilərin bugünkü qərarı regionda zorakılqların davam etdiyi vaxta təsadüf edir. İsrail ordusu dünən Fələstinlilərin ərazisini üç yerə bölürək yolda bəndlər qoyduğu zaman Qəzzanın cənubunda 11 yaşlı Fələstinli qız qətlə yetirilmişdir.

XS
SM
MD
LG