Accessibility links

Prezident Buş xaricdəki Amerika əsgərlərinə zəng etmişdir - 2002-12-24


Ağ evin nümayəndəsi Skot Stenzel bildirmişdir ki, prezident Əfqanıstan, Alyaska Bosniya və Cənubi Koreyada xidmətdə olan 9 əsgərlə bir saata yaxın telefon söhbəti aparmışdır. Numayəndə prezidentin İraqla müharibəyə hazırlıq məqsədi ilə İran körfəzində yerləşdirilən Amerika qüvvələri ilə söhbət edib-etmədiyi barədə heç nə deməmişdir. Cənab Stenzel prezidentin azadlığın müdafiəsi yolunda qurbanlar verən əsgərlərə təşəkkürünü bildirdiyini söyləmişdir. Qeyd edək ki, prezident Buş xanımı Lora Buş, atası Corc Buş və anası, keçmiş birinci xanım Barbara Buşla Milad bayramını Merilənd ştatının Kemp Deyviddəki prezident sarayında qeyd etməyə hazırlaşır.

XS
SM
MD
LG