Accessibility links

İncirlikdən istifadə müddəti daha 6 ay uzadıldı - 2002-12-25


Türkiyə İraqın şimali “uçulara yasaq” zonasına keşik çəkilməsi məqsədi ilə koalisiya təyyarələrinin Türkiyə bazalarından istifadə müddətinin uzadılmasına razılıq vermişdir. Türkiyə parlamenti bu gün Birtaniya və Amerika təyyarələrinin İncirlik hava bazasından daha 6 ay müddətinə istifadə etmələrini təsdiq etmişdir. Qeyd edək ki, 1991-ci il Körfəz müharibəsindən sonra Türkiyə parlamentində hər 6 ayda bir razılığın müddəti uzadılır.

XS
SM
MD
LG