Accessibility links

Dünya liderləri Şimali Koreya böhranının həllinə çağırırlar - 2002-12-27


Britaniya, Rusiya və Çinin liderləri Birləşmiş Ştatları Şimali Koreya ilə nüvə böhranını dialoq vasitəsilə həll etməyə və qarşıdurmaya yol verməməyə çağırırlar. Britaniya siyasətçiləri Pxenyanın yenidən nüvə proqramına başlamasından narahatlıqlarını ifadə etmiş, bununla belə, Buş administrasiyasının Amerika hərbi qüvələrinin İraq və Şimali Koreyaya qarşı eyni zamanda müharibə apara bilməsini deməsini həyəcan siqnalı kimi qarşılamışlar. Rusiya Birləşmiş Ştatları Şimali Koreyanı yanacaqla tə’min edəcəyi haqda 1994-cü ildə verdiyi və’di pozaraq nüvə böhranı yaratmaqda ittiham etmişdir. Çinin xarici işlər nazirliyinin bəyanatında isə deyilir ki, Birləşmiş Ştatlar və Şimali Koreya 1994-cü il sazişinə əməl etməli və məsələni dialoq yolu ilə həll etməlidirlər.

XS
SM
MD
LG