Federal Təhqiqat Bürosu keçən həftə Yaxın Şərq ölkələrindən Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni yolla daxil olan 5 nəfərin axtarışını davam etdirirlər. Agentlik Amerika ictimaiyyətinə müraciət edərək onların axtarışında kömək göstərilməsini istəmişdir. Həmin şəxslərin Birləşmiş Ştatlara dekabrın 24-ü Kanadadan keçməsi kəşfiyyat orqanlarının terrorizmlə əlaqədar təhqiqatı nəticəsində əldə edilmişdir. Kanadanın rəsmi nümayəndələri Yaxn Şərq mənşəli həmin şəxslərin ölkə sərhədlərini keçib-keçməməsi haqda mə’lumatları təsdiqləməsə də, polis Federal Təhqiqat Bürosu ilə birgə iş aparır. Beş nəfər Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni mühacir kimi qala bilərlər. Bununla belə, Federal Təhqiqat Bürosu onları dindirmək istədəyini bildirir. Həmin şəxslərin foto-şəkilləri Federal Təhqiqat Bürosunun İnternet səhifəsində yerləşdirilmişdir.